Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb. Bizim ümumiyyətlə elə fikrimiz yoxdur”.
"İç xəbər" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.