Deputatdan Şuşa fatehi ilə bağlı hökumətə MÜRACİƏT

“Zaqatalanın Natiq Mahmudov adında qazisi var. O, 42 gündür ki, komadadır”.
"İç xəbər" xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
“Mən Baş nazir Əli Əsədovdan, Müdafiə Nazirliyinin rəhbərliyindən, hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələni yox, gəlməyəni də etsinlər. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”, – o bildirib.