Bu gün hərbi vəziyyətin ləğvi müzakirə ediləcək

Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00:00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.
"İç xəbər" xəbər verir ki, iclas bir neçə saata başlayacaq.