Azərbaycan Ordusu Zəngəzura girib? – Ermənistandan şok iddia

Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan Sünik (Zəngəzur) bölgəsindəki Aravus icmasının sakinlərinin problemlə qarşılaşdıqlarını iddia edib.
"İç xəbər" xəbər verir ki, bir qrup kənd sakini millət vəkilinə müraciət edərək, azərbaycanlıların Gorus-Xankəndi magistral yolunun sağ tərəfindəki “icmanın ehtiyat fonduna daxil olan torpaqlar”ı əllərindən aldıqlarını söyləyib.
“İnsanlar problemləri ilə tək qalırlar, səlahiyyətli nümayəndə tələb edirlər”, - millət vəkili deyib.
Bölgə qubernatorunun müavini Zəngəzura məxsus olan ərazilərin erməni tərəfdən verilmədiyini bildirib. Millət vəkili aidiyyəti qurumların məsələ ilə əlaqədar təkzib vermədiyini söyləyib.