Şəhid övladlarına ödənişsiz xidmət göstəriləcək

"Övladlarınızın psixoloji inkişafı bizim üçün önəmlidir! Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları Şamaxı,
Mingəçevir, İmişli, Sabirabad, Kürdəmir, Balakən, Qəbələ regional ASAN xidmət Mərkəzlərində və 4 saylı Bakı ASAN
xidmət Mərkəzində fəaliyyət göstərən Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin bölmələrinə müraciət etməklə ödənişsiz
əsaslarla psixoloji, loqopedik, psixo pedaqoji və refleksoloji xidmətlərdən yararlana bilərlər”.
Bu barədə "İç xəbər" mərkəzdən məlumat verilib. Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin kollektivi Qələbəni bizə bəxş
edən bütün şəhidlərimizi qürurla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin valideynlərinə,
yaxınlarına Allahdan səbr diləyirik"- deyə, məlumatda qeyd olunur.