Qarabağda minatəmizləmə əməliyyatlarına “Uran-6” robotları cəlb edilib

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin cavabdeh zonasında mühəndis kəşfiyyatı və mina təmizlənməsi əməliyyatlarını davam etdirirlər.
"İç xəbər" Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlk dəfə olaraq Rusiya istehkamçıları tərəfindən Dağlıq Qarabağda minaların təmizlənməsi əməliyyatlarında “Uran-6” mexanikiləşdirilmiş minatəmizləmə maşınlarından istifadə edilib.
“Uran-6” robot kompleksinin köməkliyi ilə Xocalı qəsəbəsi ərazisindəki 8 hektara yaxın ərazi mina və PHS-lərdən təmizlənib.
Uzaqdan idarə olunan robot sistemlərinin istifadəsi minaların təmizlənməsi zamanı işçilərin təhlükəsizliyini təmin edərək minalardan təmizlənmiş ərazilərin sahəsini artırmağa imkan verir. Kompleks hər tərəfli görünüş təmin edən 4 ədəd video kamera ilə təchiz edilib. Operator kompleksi 800 metrə qədər məsafədə idarə edə bilər.
Nazirlik Dağlıq Qarabağda sülhyaratma zonasına Beynəlxalq Minatəmizləmə Mərkəzinin 100-dən çox mütəxəssisinin, 13 xüsusi texnika və “Uran-6” mexaniki minatəmizləmə robotları göndərildiyini bəyan edib.