Zabit Səmədov “Kuruluş Osman” üçün hazırlaşır

Dünyaca məşhur azərbaycanlı idmançı Zabit Səmədov “Kuruluş Osman” serialında rol almaq üçün xüsusi dərslərə başlayıb.
"İç xəbər" xəbər verir ki, o, hazırda qılıncoynatma məşqlərini edir.
Z. Səmədov dərs zamanı çəkilən görüntüsünü sosial şəbəkədə yayımlayıb və bildirib ki, tezliklə çəkilişlərə başlayacaq.
Qeyd edək ki, "Kuruluş Osman" serialında aktyor Burak Özçivit də rol alır.