Laçının 3 kəndi işğaldan azad olundu

Laçının Güləbürd, Səfiyan, Türklər kəndləri işğaldan azad edilib.
"İç xəbər" xəbər verir ki, bu barədə Ali Baş Komandan İlham Əliyev Tvitter səhifəsində paylaşım edib:
"Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".