Azərbaycan Ordusundan müjdə - Bu ərazilər işğaldan azad olundu

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
"İç xəbər" xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün Tvitter hesabında yazıb.