Azərbaycan Ordusunun generalı Polad Həşimovun qisası alındı.FOTO

Azərbaycan Ordusunun generalı Polad Həşimovun ölümü ilə yadda qalan əməliyyatı icra edən erməni zabit məhv edilib.
"İç xəbər" xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
“General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun “ulduz”larından biri, 44 yaşlı Ruben Sənəmyan
öldürülüb. Ermənistan Prezidenti Armen Sərkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana milli qəhrəman adı verilmişdi”, - jurnalist bildirib.
