MN: Düşmən Tərtər və Mingəçeviri atəşə tutub

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib.
Bu barədə "İç xəbər" Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, atəşlər nəticəsində yaralananlar var.