Azərbaycanın Baş prokuroru bildirib: 19 mülki şəxs həlak olub, 63 nəfər xəsarət alıb

Sentyabrın 27-dən cəbhəboyu ərazilərdə başlayan döyüşlərdə 19 mülki şəxs həlak olub, 63 dinc sakin xəsarət alıb.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev şənbə günü keçirilən brifinqdə deyib ki, ölənlərdən üçü qadın, ikisi azyaşlıdır, xəsarət alanlardan isə 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır.
Baş prokuror bildirib ki, yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir, "İç xəbər"
Kamran Əliyevin sözlərinə görə, dinc əhalinin atəşə tutulması nəticəsində 181 ev və 44 mülki obyekt yararsız vəziyyətə düşüb.