Bu həftə Azərbaycanda karantin rejimi yenidən uzadılacaq

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejiminin sentyabrın 30-da bitməsi gözlənilir. Lakin bəzi mütəxəssislər onun uzadılacağı ilə bağlı fikirlər səsləndirirlər. Bu həftə Azərabycanda karantin rejimi yenidən uzadılacaq?
Bununla bağlı KONKRET.az-a danışan Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, Azərbaycanda karantin rejimi yenidən uzadılacaq, çünki koronavirusdan canımızı qurtarmağın effektli yolu tapılmayıb:
“Bu gün önəmli olan sağlıqdır. Peyvənd tapılana kimi karantin rejimi davam etdirilməlidir. Bir qədər səbrli olub, qaydalara əməl edərək bu xəstəlikdən qorunmalıyıq”.