Hacıqabul rayonu inkişaf edir

Lap bu yaxınlara qədər bu yerlər boş çöllük idi. Paytaxtdan arana uzanan Hacıqabul rayonunun girişindəki bu tozlu-palçıqlı böyük bir ərazidə indi bir-birindən yaraşıqlı, müasir görkəmli inzibati binalar, fərdi evlər bu yerləri tanınmaz edib. Baytarlıq İdarəsinin, Təhsil və Maliyyə şöbələrinin, DSMF-nin rayon şöbəsinin son illər inşa edilmiş binaları bir-birinə söykənərək bu əraziyə xüsusi bir görkəm verir. Ulu Öndərin əzəmətli heykəli və onun xatirəsini yaşadan möhtəşəm muzey bənzərsizdir. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, "Kapital-Bank" binasının, ərazidən keçən neft kəmərinin Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsinin, onun yataqxanası, Rayon İcra Hakimiyyətinin milli üslubda əsaslı təmir olunmuş binası burda kiçik bir şəhərciyi xatırladır.
Bir az içəridə isə Daxili Qoşunların hərbi hissəsinin əməkdaşları üçün tikilmiş binası, Hacıqabul rayon Polis şöbəsinin inzibati binası rayonda gedən inkişafdan xəbər verir. Rayon Prokurorluğunun inzibati binası, Mərkəzi rayon Xəstəxanası, Uşaq Tibb Mərkəzi, Atbulaq kəndindəki kərpic zavodu, yüksək keyfiyyətlə əsaslı təmir edilmiş Hacıqabul rayon mədəniyyət evi xeyli vaxtdır sakinlərin və istehlakçıların ixtiyarına verilib. Rayonun kafel-metlax zavodu, Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə İdarəsinin inzibati binası. qısaca desək, Hacıqabul rayonu kərpic-kərpic böyüyərək simasını tam dəyişərək müasirləşib. Sakinlərin etiraf etdiyi kimi Hacıqabul rayonunun bu günkü inkişafında Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Gülabba oğlununxüsusi əməyi var. Bu səbəbdən redaksiyamızın adından Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Gülabba oğluna işlərində müvəffəqiyətlər arzu edirəm
Hörmətlə: MirŞahmar