Lənkəran şəhərinin gələcəyə döqru inkişafı

Dünyaya yayılan karona virus bəlası ilə əlaqədar olaraq ölkəmizdə bu günə qədər karantin rejimi elan edilib. Bu ağır iqtisadi siyasi vəziyyətdə belə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Qaraşov Taleh Azay oğlu kimi xalqımızın laiqli evladları usanmadan xalqına xidmət edir. Beləki Lənkəran şəhərində görülən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri Taleh Qaraşovun şəxsi nəzarəti ilə aparılarılır.
Lənkəran şəhərində bu ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər uğurlu dinamik tendensiya ilə gedir.
Ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də ilin birinci yarım ilində işlər sürətlə davam edib:
Ötən 6 ay ərzində rayonda ümumi məhsul buraxılışı 10,9 faiz artaraq 157,2 milyon manat təşkil edib. Sənayedə 17,3 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 56,4 faiz çox məhsul istehsal olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 89,8 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 75,2 faiz təşkil edib.
Yarım ildə şəhər və rayon ərazisində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev sərəncamına əsasən, şəhərdə təmizlik-abadlıq işləri aparmaqdan ötrü Mənzil İstismar-Kommunal Müəssisələr İdarəsinə 200 nəfər, Lənkəran şəhəri və Ürgə kəndində çox mənzilli 15 yaşayış binasının təmiri işlərinə 304 nəfər işçi cəlb olunub. İlk yarım ildə rayonda ümumilikdə 1385 yeni iş yeri açılıb. Onlardan 1066-sı daimi iş yerləridir. Altı ay ərzində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirilərək Haftoni qəsəbəsində, Ləj və Qumbaşı kəndlərində quraşdırma işləri başa çatdırılıb. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 93 məntəqəsindən 63-ü qazlaşdırılıb. Ümumilikdə rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48 min 369 abonentdən 42 min 259-u qazlaşdırılıb ki, bu da ümumi abonentlərin 87,4 faizini təşkil edir.
Rayonda yeni Olimpiya İdman Kompleksinin, 5 ulduzlu 11 mərtəbəli otel kompleksinin tikintilib istifadəyə verilib. Lənkəran şəhər 2 saylı oğlanlar üçün ailə tipli kiçik qrup evidə tikilib istifadəyə verilib.
Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişafı istiqamətində nailliyyətlər əldə edilib. Yeni yaradılan Lənkəran Kənd Təsərrüfatı İdarəsi fəaliyyətə başlaması ilə kənd təsərrüfatında mövcud olan durğunluq aradan qaldırılıb.
Bizdə redaksiyamızın adaından Taleh Qaraşova işlərində müvəffəqiyyətlər arzu ediririk
Hörmətlə: Şirinbacı Rzayeva