Avqustun 23-də Azərbaycanda qar yağıb

Avqustun 23-ü səhərədək Azərbaycanın yüksək dağlıq ərazilərində, əsasən Xınalıqda sulu qar, Şahdağda qar yağıb.
Bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva səsləndirib. Umayra Tağıyeva qar örtüyünün hündürlüyünün Şahdağda 5 sm olduğunu deyib.
Onun qeyd etməsinə görə, Azərbaycanda şimal-qərb küləyi əsib, arabir güclənib( Neftçalada 32 m/s, Salyanda 25 m/s-əçatıb). Umayra Tağıyeva bildirib ki, yağan leysan yağış nəticəsində bəzi yerlərdən sel keçib. Milli Hidrometeorologiya Xidmətinin rəisi havanının temperaturunun Bakıda iqlim normasından 1.7 dərəcə aşağı olduğunu xatırladıb:
“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-28, aran rayonlarında 28-33, dağlıq rayonlarda isə 13-16 dərəcə isti olub”.