Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bəzi şəxslərin cərimələndiyi bildirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən bəzi şəxslərin cərimələndiyi bildirilir. Qeyd edilir ki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və xanımı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə, hər biri 400 manat cərimə olunublar.