Diqqət! Bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
"İç xəbər"xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudiyyətlər Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır.










