İyul ayı üzrə pensiyaların ödənişinə başlanıb.
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənib
"İç xəbər" xəbər verir ki, artıq Bakı şəhəri üzrə bu ayın pensiyaları ödənib.
Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb.
Ayın 15-16-dək ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənməsi nəzərdə tutulub.
İyul ayında da pensiya, müavinət, təqaüd və ünvanlı yardımların ödənişinin vaxtından tez həyata keçirilməsi təmin olunacaq.










