Bəhram Bağırzadə ECMO cihazından ayrılıb
Bəhram Bağırzadənin vəziyyətində son günlər davamlı müsbət dinamika qeyd edilir.
"İç xəbər" xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, Bəhram Bağırzadə 2 gün öncə ECMO cihazından da ayrılıb və hazırda yalnız ağciyərləri süni tənəffüs aparatına qoşulu vəziyyətdədir: "Müalicə prosesi davam edir. Ümid edək ki qısa zamanda daha sevindirici xəbərlər verəcəyik”
Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olmuşdu










