Azərbaycanda media azadlığı il-ildən pisləşir
Beynəlxalq KİVazadlığı-2019 indeksinə əsasən (2019 World Press Freedom Index), Gürcüstan reytinqdə mövqeyini 1 bal yaxşılaşdıraraq, 60-cı yeri tutub. Ermənistan 2018-ci il inqilabından sonra vəziyyəti xeyli yaxşılaşdırıb və 19 ballıq sıçrayış edərək, reytinqdə 61-ci yerə düşüb. Azərbaycan əks istiqamətdə hərəkəti davam etdirərək, dörd pillə yüksəlib və 180 ölkə arasında 166-cı yeri tutub.Əlbəttə, bu beynəlxalq etiraf konfransın gedişatına təsir etməyə bilməzdi. Konfransda jurnalistlərin təhlükəsizliyi, iqtisadi cəhətdən özünü təminetmə gücü və informasiya əldə etmə imkanı, təbii ki, Cənubi Qafqaz ölkələrinin hökumətlərinin söz və ifadə azadlığı sahəsindəki siyasətləri ilə formalaşdırdıqları nisbətdə məruzə və müzakirələrin predmeti olub.










