Piketdə saxlanılanlar oldu
Dününki piketde Bakının mərkəzində etiraz aksiyası zamanı ən azı 30 nəfər saxlanılıb. Bu barədə Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslər öncədən gətirilmiş avtobuslara əyləşdirilərək Səbayel Rayon Polis İdarəsinə aparılıblar.
Səbayel Rayon Polis İdarəsindən şərh almaq mümkün olmayıb.










