Xəzərdə zəlzələ olub
Dekabrın 9-u səhərdən Xəzərdə 2,5 saat fasilə ilə iki yeraltı təkan qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 4,4 maqnitudalı ilk yeraltı təkan saat 07:06-da baş verib. Onun episenri 20 km. dərinlikdə olub.
İkinci yeraltı təkan saat 09:33-də qeydə alınıb. 3,5 maqnitudalı zəlzələnin ocağı 10 km. dərinlikdə yerləşib.










