Yeni təyinat var, Baş nazir Əli Əsədov.

Əli Əsədov Azərbaycanın yeni baş naziri olacaq
Milli Məclisin bugünki iclasının gündəliyinə digər məsələlərlə yanaşı, Əli Əsədovun baş nazir vəzifəsinə təsdiq edilməsi məsələsi də daxil edilib. Bu barədə ölkə parlamentindəki mənbələr bildirib.
Bu günə qədər Əsədov dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi idi. Maraqlıdır ki, indiyə qədər Novruz Məmmədovun baş nazir vəzifəsindən azad edilməsi haqqında fərman yoxdur.
72 yaşlı Məmmədov cəmi bir il əvvəl baş nazir vəzifəsinə təyin olunub və tarixdə hər hansı faydalı təşəbbüsü ilə fərqlənməyən, ən nəzərə çarpmayan hökumət başçısı kimi qalacaq.
Əli Əsədov 1956-cı ildə Naxçıvanda dünyaya gəlib. Məktəbi Bakıda bitirib, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Azərbaycanda Dövlət Plan Komitəsində, Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda işə başlayıb. 1989-1995-ci illərdə Politologiya və Sosial İdarəetmə İnstitutunun dosenti və kafedra müdiri olub.
1995-ci ildə Milli Məclisin deputatı seçilib.
1998-ci ildə ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 2012-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.