Oktyabrın 2-də Bakıda və Abşeronda hava tutqun olacaq
Oktyabrın 2-də Bakıda və Abşeronda hava tutqun olacaq, səhər və axşam qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şimal küləyi əsəcək. Havanın temperaturu gündüz +22 +25 dərəcə təşkil edəcək.
Ölkənin rayonlarında yağıntı gözlənilmir, səhər duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında hava gündüz +24 +29 dərəcəyə qədər isinəcək, dağlarda +13 +18 dərəcə isti olacaq.










