Müsavat Partiyasının daha bir üzvü ölkəni tərk etmək məcburiyyətində qaldı
Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Şanxal Oqtayzadə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.Milliqazet.info-ya verilən məlumata görə, Şamxal Oqtayzadə Avropa ölkələrinin birindən sığınacaq isdəyir.Ş.Oqtayzadə 2015-ci ildən Müsavat Partiyasının üzvüdür və 2017-ci ildən Müsavat Gənclər Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.Müsavat Partiyasının üzvü olduğu dövrdən Müsavatın keçirdiyi tədbirlərdə,mitinqlərdə və kütləvi aksiyalarda təşkilatçılıq etmişdir. Aksiyalarda təşkilatçılıq etdiyinə görə dəfələrlə həps olunub.Şamxal Oqtayzadə hakimiyyətin təzyiqlərindən yaxa qurtarmaq üçün Avropaya sığınıb.










