Avqustun 31-də Bakıda və Abşeronda hava tutqun olacaq,
Avqustun 31-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacağı ehtimalı var. Havanın temperaturu +23 +25 dərəcə təşkil edəcək.
Abşeron çimərliklərində suyun temperaturu +22 +24 dərəcə olacaq.
Ölkənin rayonlarında yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Güclü şərq küləyi əsəcək.
Mərkəzi aran rayonlarında hava gündüz +27 dərəcəyə qədər isinəcək, dağlarda +20 dərəcəyə qədər isti olacaq.










