Çərşənbə axşamı Bakıda və Abşeronda hava sərinləyəcək
Çərşənbə axşamı Bakıda və Abşeronda hava sərinləyəcək, havanın temperaturu 4-5 dərəcə aşağı düşəcək və +31 dərəcədən artıq olmayacaq. Qısamüddətli yağıntılar gözlənilir, zəif şimal-qərb küləyi əsəcək.
Ölkənin şimal və qərb rayonlarında yağıntı gözlənilir. Böyük Qafqaz dağlarında leysan yağacağı gözlənilir.
Aran rayonlarında hava +31 +36 dərəcəyə qədər isinəcək, dağlarda +26 dərəcəyə qədər isti olacaq.










