Avqustun 22-də saat 09:41-də Goranboy rayonunda, Gəncədən 41 km cənub-şərqdə yeraltı təkanlar qeydə alınıb
Avqustun 22-də saat 09:41-də Goranboy rayonunda, Gəncədən 41 km cənub-şərqdə yeraltı təkanlar qeydə alınıb, bu barədə Milli Elmlər Akademiyasının Seysmologiya Mərkəzi məlumat verib.
4.1 bal gücündəki təkanların episentri 12 kilometr dərinlikdə yerləşib. Təkanlar ətraf rayonlarda 3-4 bal gücündə hiss olunub.










