Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib. Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb. Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” doğma meydançada rəqibinə uduzub. Qonaqlar 34 və 68-ci dəqiqələrdə fərqlənərək, “Qarabağ”ın qapısından 2 cavabsız top keçiriblər. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb.