Ticarət Mərkəzində dünən baş vermiş yanğınla əlaqədar "təcili yardım" həkimlərinə 16 nəfər müraciət edib.

"Sədərək" Ticarət Mərkəzində dünən baş vermiş yanğınla əlaqədar "təcili yardım" həkimlərinə 16 nəfər müraciət edib. 6 nəfərə yerindəcə yardım göstərilib, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Digər on nəfər (9 polis və yanğınsöndürən, həmçinin bir nəfər bazar işçisi) şəhər kliniki mərkəzinə aparılıb. Tibbi yardım göstərildikdən sonra onlar da evə buraxılıblar.
FHN-in məlumatına görə, yanğın ümumi sahəsi 1600 kv. metr olan anbarda baş verib. 900 kv. metrlik sahədə konstruksiyalar və mallar yanıb. Yanğın FHN qüvvələri tərəfindən söndürülüb.
Yanğının səbəbi və dəymiş ziyanın ölçüsü açıqlanmır.