Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Dövlət başçısının sərəncamı ilə Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. Bu barədə məlumat ölkə prezidentinin saytında yerləşdirilib.
V.Vəliyev (1969-cu ildə anadan olub) iqtisad elmləri doktorudur. Ali Attestasiya Komissiyasında iqtisad elmləri üzrə Ekspert Şurasının sədridir.