Qurban bayramından sonra mübarizə

Türkiyə prezidenti və hakim "Ədalət və İnkişaf" Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan sabiq partiyadaşlarına qarşı Qurban bayramından sonra mübarizəyə başlayacaq, bu barədə "Hürriyet" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Ərdoğan yeni partiya quracaqları iddia edilən keçmiş prezident Abdullah Gül, sabiq XİN rəhbəri Əli Babacan və baş nazir Əhməd Davudoğluna qarşı aktiv fəaliyyətə keçəcək.
Türkiyə prezidenti aparılan anti-təbliğatın qarşısını almaq məqsədilə Konya və Kayseri şəhərlərinə səfər edəcək.
Qeyd edək ki, Ərdoğan rayon başçıları toplantısında keçmiş partiyadaşlarını xəyanətkar adlandırmışdı: "Bəziləri partiya qurur, bunlarla zehninizi məşğul etməyin. Bu cür xəyanətlərin içində olanlar bunun cavabını ağır alacaqlar".