Heydər Babayevə aid yeddi şirkət könüllü ləğv edildiyini elan edib.

İyulun 24-də keçmiş iqtisadiyyat naziri Heydər Babayevə aid yeddi şirkət könüllü ləğv edildiyini elan edib.
"AB Service", "AB Skybell", "Masalt", "Avto Şop", "Standard Futbol Klubu", "AB Trading" və "AB Travel" şirkətləri 1998-2006-cı illərdə təsis edilib və Bakı şəhəri ərazisində fəaliyyət göstərib. Onlardan ikisi "AB Standard" QSC şirkətlər qrupunun baş ofisində qeydiyyata alınıb.