İyulun 23-də "Azərbaycan Hava Yolları" Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə davam etdirməyi qərara alıb.

İyulun 23-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə davam etdirməyi qərara alıb. Qərar donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq verilib.
Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verdilər.