Araz Mәmmәdov iyulun 8-dә səhər saxlanılıb.

Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) Masallı rayon şöbәsinin üzvü Araz Mәmmәdov iyulun 8-dә səhər saxlanılıb. AXCP-dən bildirilib ki, onu yerli polis şöbəsinə aparıblar. Saxlanmanın səbəbləri məlum deyil. Saat 16:30-a olan vəziyyətə görə, A.Məmmədovdan bir xəbər yoxdur. Masallı rayon polis şöbәsindәn vә DİN-dən mәlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, hazırda bu müxalifət partiyasının onlarla fəalı müxtəlif ittihamlar ilə həbsdədir.-