Bakıda olan YUNESKO baş direktoru Odre Azule dövlət başçısı İlham Əliyev ilə görüşüb.

İyunun 30-da Bakıda açılan YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 1-də öz işini davam etdirib. Sessiyada YUNESKO ölkələri hökumət üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, arxitektura və ətraf mühit sahəsində ekspertlər iştirak edirlər.
Sessiya iştirakçıları təbiət və mədəni abidələrin ümumdünya irs siyahısına daxil edilməsinə dair onlarla təklifə baxacaqlar. Sessiya iyulun 10-dək davam edəcək.
Bakıda olan YUNESKO baş direktoru Odre Azule dövlət başçısı İlham Əliyev ilə görüşüb. O, Qobustan Milli Qoruğuna da gedib.