Bakıtjan Saqintaev ölkənin ən böyük və zəngin şəhərlərindən birinin meri olub.

Qazaxıstanın sabiq baş naziri Bakıtjan Saqintaev ölkənin ən böyük və zəngin şəhərlərindən birinin meri olub, yeni təyinat barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.
55 yaşlı Bakıtjan Saqintaev Almatı şəhərinin meri vəzifəsinə təyin edilib.
O, bir neçə ay bundan əvvəl Kasım-Jomart Tokayevin prezident administasiyasına rəhbərlik edirdi.
Bu gün səhər onu bu vəzifədə Kızılordinsk vilayətinin rəhbəri Krımbek Kuşerbayev əvəzləyib.