Birləşmiş Ştatlar və Çin "G-20" sammiti zamanı ticarət müharibəsini dayandırmaq barədə razılığa gəlib.

Birləşmiş Ştatlar və Çin "G-20" sammiti zamanı ticarət müharibəsini dayandırmaq barədə razılığa gəlib. Bu barədə "South China Morning Post" məlumat yayıb.
Məlumata görə, razılaşma ABŞ tərəfindən yeni rüsum tətbiqindən yayınmağa imkan verəcək.
Buna qədər Donald Tramp bəyan etmişdi ki, Si Cinpin "Böyük İyirmiliyin" sammitinə gəlməsə, ABŞ yeni rüsumlar tətbiq edəcək.