Misirin Daxili İşlər Nazirliyi ölkədə həyəcan vəziyyətini elan edib.

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi dünən məhkəmə salonunda həyatını itirib, ölkənin ilk demokratik seçilmiş prezidenti olmuş Məhəmməd Mursi məhkəmədə huşsuz qaldıqdan sonra dünyasını dəyişib.
Sabiq prezident "casusluq" ittihamı ilə mühakimə olunurdu.
Məhəmməd Mursinin ölümündən sonra Misirin Daxili İşlər Nazirliyi ölkədə həyəcan vəziyyətini elan edib.
Qeyd edək ki, Məhəmməd Mursi məhkəmədə ölümündən əvvəl deyib ki, Misirin təhlükəsizliyi və sabitliyi üçün onunla birlikdə məzara gedəcək sirrləri var.
Mursinin vəkili Əbdülmunim Əbdülməksud "Anadolu" agentliyinə bildirib ki, sabiq prezident məhkəmə prosesindən narazı idi və onun son çıxışı belə olub: "Bu günə qədər məhkəmədə nə baş verdiyini anlamıram. Vəkil görmürəm, mətbuatı görmürəm. Ortada məhkəmə prosesini də görmürəm. Məhkəmə tərəfindən təyin olunan vəkilin məni müdafiə etməsi üçün heç bir məlumatı olmayacaq".