2018-ci ildə nüvə silahına malik olan bütün ölkələr öz sursatlarını modernləşdirəcək.

2018-ci ildə nüvə silahına malik olan bütün ölkələr öz sursatlarını modernləşdirəcək. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında yazılıb.
Hesabatda bildirilir ki, dünyada nüvə başlıqlarının ümumi sayı 14,5 mindən 13,8 minə qədər azalıb. Buna baxmayaraq, nüvə silahlarına malik olan ölkələr sursatlarını modernəşdirməklə gücünü artırırlar.
Həmçinin mütəxəssislər qeyd ediblər ki, hazırda nüvə silahına 9 ölkə malikdir: Rusiya, ABŞ, Britaniya, İsrail, Hindfistan, Çin, Şimali Koreya, Pakistan və Fransa. Nüvə silahlarının 90%-i isə ABŞ və Rusiya payına düşür.