Azərbaycan Dəmir Yolları biletlərin qiymətini azaldıb
Fevralın 4-dən Bakı-Gəncə sürətli sərnişin qatarı gündəlik hərəkət edəcək. Yol vaxtı 4 saat 28 dəqiqədən 4 saat 15 dəqiqəyədək azalacaq. Biletin qiyməti isə "standart" sinif vaqonlarda 15 manatdan 10 manata endiriləcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC bildirib.
Qatar Bakıdan 08:45-də yola düşəcək və saat 13.00-da Gəncəyə yetişəcək.










