Onkologiya mərkəzi tender qanunvericiliyini pozur

Milli Onkologiya Mərkəzi (MOM) avqustun 3-də "Azeri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.
Bu ilin yanvarından MOM "Azeri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan maqavilələr imzalayıb.