Yağış yağacaq
İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq.
Abşeron çimərliklərində iyulun 24-də dəniz suyunun temperaturu 25-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 24-də hava əsasən yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq. Şərq küləyi arabir güclənəcək.
Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq










