Insanlar həkimlərə müraciət edib

Yayın əvvəllərindən isti və günvurma şikayəti ilə müraciət edənlərin sayı 91-ə çatıb. Bu barədə Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.
Müraciət edənlərin 57-si kişilər, 28-i qadınlar, 7-si uşaqlardır.
57 nəfər "günvurma" diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digərləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu məlumatlar yalnız ölkənin paytaxtına aiddir