Cümə günü isti bir qədər azalacaq
İyulun 13-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək, bunun sayəsində isti bir qədər azalacaq: havanın temperaturu gündüz +29 +34 dərəcə təşkil edəcək. Rütubət yenə gecə 65-75%, gündüz 30-40% təşkil edəcək.
Ölkənin rayonlarında yağıntı gözlənilmir, yalnız bəzi şimal və qərb rayonlarında leysan yağacağı, şimşək çaxacağı ehtimalı var, qərb küləyi əsəcək. Aran rayonlarında hava +38 dərəcəyə qədər isinəcək, dağlarda +28 dərəcəyə qədər isti olacaq.










