İsti bir qədər səngiyəcək
Şənbə günü Bakıda və Abşeronda şimal-qərb küləyi əsəcək, havanın temperaturu 23-25 dərəcə, gündüz 29-31 dərəcə olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Şimal və qərb rayonlarında yağış yağacaq, şimşək çaxacaq, bəzi yerlərdə leysan olacaq.
Aran rayonlarında havanın temperaturu 35-40, dağlarda 23-28 dərəcə isti olacaq.










