BNA sərnişinlərə su payladı - FOTO
Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.
Məlumatda bildirilir ki, sərnişinlərimizin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir.











