100 Eldar şamı kəsilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ağacların qanunsuz kəsilməsinə dair şikayətlərin araşdırılması zamanı Bakının Xəzər rayonunun 2-ci Ramana qəsəbəsində yoxlama aparıblar. Onlar qanunsuz hasarlanmış ərazidə 100-ə yaxın Eldar şamının kəsildiyini müəyyən ediblər.
Nazirlik həmin ərazidə yaşıllığın qorunması və qanunsuz tikilmiş hasarın sökülməsi üzrə tədbirlərin görülməsi üçün Sabunçu və Xəzər rayonları administrasiyasına, həmçinin paytaxt polisinə müraciət edib.










