Ayın sonuna qədər şiddətli isti olacaq.
İyunun 26-dan etibarən ayın sonuna qədər Azərbaycan ərazisində isti və quru hava şəraiti bərqərar olacaq, bu barədə Ekologiya Nazirliyinin sinoptikləri məlumat yayıb.
Ayın 26-da Bakıda və Abşeronda +38 dərəcə isti olacaq. Zəif şimal-qərb küləyi əsəcək. Abşeronun şimal çimərliklərində havanın temperaturu +24 dərəcə, cənub çimərliklərində +26 dərəcə təşkil edəcək.
Aran rayonlarında hava +40 dərəcəyə qədər isinəcək, dağlarda +27 dərəcəyə qədər isti olacaq.
Növbəti günlərdə gündüz maksimum temperatur +40 dərəcə, aran rayonlarında +42 dərəcə təşkil edəcək.
Meteohəssas vətəndaşlar ehtiyatlı olmalıdır.










